Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

Bakı metrosunda həyəcan

“Gənclik” stansiyasında sərnişinlər qatardan düşürdülüb

Bu gün saat 12 radələrində Bakı metropolitenində sərnişinlər gərgin anlar yaşayıb.

Verilən məlumata görə, hadisə “Gənclik” metrostansiyasında baş verib. Qatar platformada hərəkətsiz dayanıb və bir müddət sonra sərnişinlər qatarlardan düşürdülüb. Nəticədə stansiyada sərnişin sıxlığı yaşanıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisənin texniki nasazlıq səbəbindən baş verdiyini bildirib.

“İçərişəhər”-“Həzi Aslanov” stansiyaları istiqamətində hərəkət edən 16 saylı qatarda problem yaşanıb. Qatar hərəkət edə bilməyib. Nəticədə sərnişinlər evakuasiya olunub. Köməkçi qatar vasitəsilə həmin nasaz qatar xətdən çıxarılaraq depoya göndərilib.

“Hadisə nəticəsində qatarlar arasında fasilə 10 dəqiqəyədək artıb. Həmin interval 2 saat ərzində bərpa olunacaq”, - deyə Nəsimi Paşayev bildirib./ans/
852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber