Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

Kobaniyə hücum edən çeçen komandir

Suriya İnsan haqqları təşkilatı Kobaniyə hücum edən İŞİD komandirinin adını açıqlayıb.
Axar.az xəbər verir ki, təşkilat Əbu Ömər əl-Şişani adlı İŞİD liderinin Kobani hücumuna rəhbərlik etdiyini bildirib.
Əslən çeçen olan və Suriyaya gəldikdən sonra Əbu Ömər əl-Şişani adını alan bu şəxs Gürcüstanda doğulub. Verilən məlumatlara görə, təşkilatda böyük nüfuza sahib olan bu şəxs İraqa hücum planının əsas təşkilatçılarından biri olub. Məhz onun planı nəticəsində terrorçular İraqda xeyli irəliləyə bilib.
Əsl adı Tərxan Batirşvili olan bu şəxs 2012-ci ildə Suriyaya gəlib. Bağdadi ilə yaxşı münasibət quran Şişanı çox keçmədən İŞİD liderlərindən birinə çevrilib.
1027 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP