Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

Suriyada iki partlayış: 30 nəfər həlak olub

Suriyada törədilən iki terror aktı nəticəsində 30 nəfər ölüb

Suriyanın Xaseke şəhərində dalbadal iki partlayış baş verib.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Sky News Arabia telekanalı xəbər verib.

Partlayış nəticəsundə 30 nəfər ölüb, onlarla adam xəsarət alıb.

Telekanalın yaydığı məlumata əsasən, şəhərin girişində yerləşən nəzarət-keçid məntəqəsi yaxınlığında iki terrorçu-kamikadze minalanmış avtomobilləri partladıb. Həlak olanların əksəriyyəti kürd özünümüdafiə qüvvələrinin nümayəndələri olub.
965 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27