Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

“Arif Hacılı, saxtakarlığı etiraf et və istefa ver!”

Müsavat Partiyasının daha bir sabiq namizədi etirazlarla dolu təkliflər irəli sürüb.
Səxavət Əlisoy özünün facebook hesabında qeyd edib ki, Müsavat son 22 ildə ilk dəfə olaraq çox acınacaqlı duruma düşüb və bunu görməmək, sadəcə, siyasi korluqdur: “Arif Hacılı, saxtakarlığı etiraf et və Müsavatın parçalanmaması üçün istefa ver!
Bu qurultaydakı saxtakarlığın miqyası VII qurultayda baş vermiş saxtakarlıqla müqayisəyə gəlməz. 2006-cı ildə saxtakarlığı ört-basdır etmək mümkün oldu. Nədən ki, saxtakarlar Başqanın səsləri hesablanan zaman yox, Məclis üzvlərinin səsləri sayılarkən yaxalanmışdı”.
Sabiq namizəd bildirib ki, yüzlərlə müsavatçı etiraza qalxıb: “VIII qurultayda səslərin sayılmasına qədər baş verən anormallıqlara rəğmən bu gün onlarla yox, yüzlərlə müsavatçı etiraz səsini qaldırır, sosial şəbəkələrdə, mətbuatda ikitirəlik günü-gündən şiddətlənir. Müsavatın reytinqinə, nüfuzuna çox ciddi zərbə dəyib”.
S.Əlisoy qeyd edib ki, əslində, bu proses gözlənilən idi: “İllərlə Müsavat funksionerləri arasında baş verən intriqaların qarşısını yalnız və yalnız İsa Qəmbər alırdı.
Saysız-hesabsız saxtakarlıq faktlarını tirajlayan çox sayda müsavatçı Arif Hacılını başqan kimi tanımadığını bəyan edir. Legitimliyi şübhə altında olan bir kəsin partiya başqanı kimi fəaliyyətinə davam etməsi Müsavatdakı gərginliyi daha da artıracaq. Bu vəziyyətdən yeganə xilas yolunu Arif Hacılının istefasında görürəm.
Ortada Müsavatın taleyi dayanır, partiyanın monolitliyi naminə istefa qaçılmazdır, Arif Hacılı!
Əminəm ki, müsavatçılar toparlanıb tam demokratik, şəffaf yolla özlərinə yeni başqan (keçmiş namizədlər istisna olmaqla) seçə bilər. Və bununla da partiya “saxtakarlıq” damğasından xilas olar”. /qafqazinfo.az/
1028 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı