Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2014

İnternetlə satılan narkotik minə yaxın insanı zəhərlədi

Rusiyada son iki həftə ərzində “spays" (ədviyyat) adlı yeni növ narkotikə qurşanan 7 yüzdən çox insan zəhərlənib. Məlumata görə, zəhərlənmə halları, əsasən, Xanti-Mansisk muxtar dairəsində, Kirov vilayətində və Başqırdıstan Respublikası ərazində qeydə alınıb. Zəhərlənən şəxslərdən azı 30 nəfəri ölüb. Rəsmilər istifadəçilərin, əksəriyyət etibarı ilə, gənclərdən ibarət olduğunu deyiblər.

Rusiyanın narkotik dövriyəsi üzrə federal nəzarət xidmətinin rəhbəri Vitkor İvanov məsələyə münasibət bildirib. Dövlət rəsmisi qeyd edib ki, hələlik bu sintetik narkotikin alış-verişinə qarşı rəsmi qadağa qoyulmadığı üçün tədarükçüləri həbs etmək mümkün deyil. Lakin İvanov insanda psixoaktiv təsirə malik olan istənilən maddənin 3 il müddətinə müvəqqəti olaraq saxlanılmasını üçün Rusiya qanunvericilərini fəal olmağa çağırıb.

Məlumata görə, bu cür maddələrin alış-verişi internet üzərindən icra olunur./ans/
1029 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP