Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2014

İşğalçı İsraillə İsveç münasibətləri gərginləşdi

İsrail ilə İsveç arasında münasibətlər gərginləşib. Məlumata görə, buna səbəb bir qədər əvvəl İsveç hökumətinin Fələstini dövlət kimi tanıyacağına dair açıqlama verməsi olub. Ötən gün işğalçı İsrailin qondarma xarici işlər naziri Aviqdor Liberman məsələ ilə əlaqədar müzakirələr aparmaq məqsədilə İsveçin bu ölkədəki səfirini çağırıb. Nazir İsveç hökumətin bu qərarını təəssüflə qarşıladığını bildirib.

İşğalçı İsrailin qondarma baş naziri sionist Benyamin Netanyahu da rəsmi Stokholma etiraz edib. Netanyahu bildirib ki, İsveç hökumətinin bu hərəkəti əks-təsir doğuracaq və Fələstinlə sülh danışıqlarına heç bir kömək etməyəcək.

Lakin Fələstin tərəfi İsveçin qərarını alqışlarla qarşılayıb. Fələstin lideri Mahmud Abbas qeyd edib ki, İsveçdən sonra digər Avropa ölkələrinin də belə bir cəsarətli addım atacağına ümid ümid edir.

Fələstin 2012-ci ildə BMT tərəfindən dövlət elan olunub. Hazırda təşkilatın 193 üzvü Fələstini dövlət kimi tanıyır.
985 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı