Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2013

ölənlərin sayı 10 min nəfərə çatıb

Filippində tayfun nəticəsində ölənlərin sayı 10 min nəfərə çatıb

Filippinin mərkəzi hissəsində “Hayan” tayfunu nəticəsində ölənlərin sayı 10 min nəfərə çatıb.

APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Yerli polis nümayəndəsinin sözlərinə görə, söhbət ilkin hesablamalardan gedir.

Beynəlxalq təşkilatların əməkdaşlarının məlumatına görə, fəlakət zonasında dağıntıların miqyası Hind okeanında 2004-cü ildə baş vermiş sunaminin fəsadları ilə müqayisə edilir.

Təbii fəlakətin əsas zərbəsi Leyte əyalətinə və Samar adasının şərq sahilinə dəyib.

Tayfun çoxsaylı daşqınlara və yer sürüşmələrinə səbəb olaraq, 220 min əhalisi olan sahilyanı Takloban şəhərini, demək olar ki, yernən yeksan edib. Şəhərdəki binaların əksəriyyəti ciddi zərər çəkib və ya tamamilə uçub.

“Hayan” tayfunu bu il Sakit okeanda yaranmış sayca 30-cu tropik siklondur. Qasırğanın mərkəzində küləyin sürəti saatda 275-310 km təşkil edib.

“Hayan” tayfununun yaxınlaşması ilə bağlı Filippində 1 mln. insan təxliyə edilmişdi, 14 milyon insana isə evakuasiya ediləcəkləri barədə xəbərdarlıq edilmişdi.

Hazırda “Hayan” tayfunu şimal-qərb istiqamətində hərəkət edir. Filippindən sonra Vyetnamın və Laosun da tayfunun zərbəsinə tuş gələcəyi proqnozlaşdırılır.


2344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber