Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2014

İsti su içməyin 12 faydası

İsti suyu içmək çox faydalı imiş. Hafta.az bunu bilməyənlər üçün 12 faydasını sizə təqdim edir.

Arıqlamaq

Əgər bir neçə kilonuzun artıq olduğunu hiss edirsizsə, isti su işinizə yarayacaq. Günə içinə bir az limon suyu sıxılmış isti su içməklə başlayın. Maddələr mübadiləsini sürətləndirər və yağ toxumlarının parçalanmasına kömək edər.

Burun və boğazın təmizlənməsi

İsti su içmək soyuqdəymə, öskürək və boğaz ağrısı üçün mükəmməl təbii həll yoludur. Bəlğəmi həll edər və bədəndən atılmasına kömək edər. Boğazı rahatladar, eyni zamanda burun tıxanıqlığını da həll edir.

Menstruasiya sancıları

İsti su menstruasiya ağrılarının azalmasına kömək olur. Su istiliyi spazma və dartılmaları azaltmağa yardım edir.

Detoks

İsti su içdiyinizində bədən istiliyiniz artmağa başlayar, bu da tərləmənizə, toksinlərin bədəndən atılmasına kömək edir. İçmədən əvvəl içinə bir az limon suyu sıxın.

Erkən qocalmanın önünə keçmək

Toksinlər insanı daha tez yaşlandırdığı üçün tez bir zamanda bədəndən atılmalıdır. İsti su içmək elastikliyini itirmiş dəri hüceyrələrinin fəallığına kömək edir və beləliklə, dəriniz daha cavan və yumşaq görünür.

Sızanaq və qara nöqtələri yox edir

İsti su bədəninizi dərinliyinə kimi təmizləyər və sızanaqların əsas səbəblərini yox edər.

Sağlam və canlı saçlar

İsti su saç uclarındakı sinir uclarına enerji verir və bunları aktiv hala gətirir. Bu, saçlarınızın təbii və canlı görünməsinə kömək edər.

Çoxlu saç

İsti su saçlarınızın çoxalması və sağlam uzanmasına kömək edər.

Kəpəyin qarşısını alır

İsti su saç dərisini nəmləndirdiyi üçün dərinin qurumasına və kəpəyin yaranmasına mane olur.

Daha çox qan dövranı və sağlam sinir sistemi

Sinir sistemi və əzələlər üçün vacib olan qan dövranını artırır. Yağları parçalayaraq sinir sisteminin daha yaxşı çalışmasına kömək edir.

Həzm

Yeməkdən sonra içilən soyuq su yağları donduraraq toplanmasına səbəb olur. Bu, bağırsaqların içində yağ toplanaraq bağırsaq xərçənginin yaranmasına yol açır. İsti su içməklə bu problemdən uzaqlaşmış olarsız. Həm isti su həzmi asanlaşdırır.

Bağırsaq hərəkətləri

İsti su bağırsaqların düzgün və ağrısız çalışmasına kömək edir. Susuzluq xroniki qəbzlik problemlərinə yol açır. Bağırsaqlarda yığıntı toplanması bağırsaq hərəkətlərini yavaşladır. Hər səhər mədəniz boşkən isti, ya ilıq su içməniz məsləhətdir. Bu su bağırsaqlarınızdakı yığıntını dağıdar və daha düzgün, ağrısız çalışmasına kömək edər.
890 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08
<