Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2014

"İŞİD"in Kobanini tutması xəbəri təkzib edilir - Fotolent

Kobani ətrafındakı binalardan birinə bayrağını sancan terrorçular hələ ki şəhəri tuta bilməyiblər

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən, kürdlərin məskunlaşdığı Eyn əl-Ərəb (Kobani) şəhərinin "İŞİD" terror qruplaşmasının əlinə keçməsi barədə xəbərlər yayılsa da, şəhərin müdafiəçiləri bunu təkzib ediblər.

İnterAz "Reuters"-ə istinadən xəbər verir ki, "İslam dövləti" mənsubları şəhərin kənarındakı binalardan birinə öz bayraqlarını sancıblar. "İŞİD" terrorçularının şiddətli atışmaların getdiyi ərazidə yerləşən dörbərtəbəli binaya sancdıqları bayraq Türkiyə ərazisindən də görünür.

Kobanidə 3 həftə ərzində terror qruplaşmasına qarşı müqavimət göstərən kürd döyüşçüləri bu xəbəri təsdiqləsələr də şəhərin itirilməsi iddialarını təkzib ediblər. Onlar müqavimətin hələ də davam etdiyini bildiriblər.

Şəhərdə olan jurnalist İsmail Eskin bildirib ki, "İŞİD" sadəcə bir binaya bayrağını sancıb: "Həmin bina şəhərin içərisində deyil, şəhərin ucqar şərq tərəfindədir. Onlar (terrorçular) şəhərə daxil ola bilməyiblər. Şiddətli döyüşlər davam edir. Orada 25 "İŞİD" döyüşçüsünün cəsədini görürəm."

Bildirək ki, terrorçuların atdığı munemyot qumbaraları şəhərin yaşayış məskənlərinə düşür. Son günlər Türkiyə ərazisinə də bir neçə raket mərmisi düşüb. Kürdlərin hərbi yardım barədə xahiş və müraciətləri isə hələ ki, cavabsız qalıb.





1076 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber