Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2014

"İŞİD"in Yaxın Şərqlə bağlı sensassiyalı planları üzə çıxıb

Təkfirçi terror təşkilatının Yaxın Şərqdə regional gücə çevrilmək üçün ciddi planlar qurduğu məlum olub

"İslam dövləti" terror təşkilatının nəhəng siyasi və iqtisadi planları barədə şok məlumatlar üzə çıxıb.

İnterAz Russia Today-ə istinadən xəbər verir ki, "İŞİD" öz nüvə ambisiyalarını həyata keçirmək məqsədilə prezident Vladimir Putini dilə tutaraq razı salmaq üçün külli miqdarda rüşvət ödəməyi nəzərdə tutubmuş. Belə ki, təkfirçi qruplaşma nəzarətdə saxladığı İraq və Suriya ərazilərindəki neft quyularını Rusiyaya təklif etməklə əvəzində nüvə texnologiyasına yiyələnməyi düşünürmüş.

Bildirək ki, İngiltərənin "Sunday Times" qəzeti "İŞİD"in sensassiyalı planlarıyla bağlı sənədin aşkar edildiyi barədə məlumat dərc edib.

"İŞİD"in iqtisadi, hərbi-strateji planlarını özündə əks etdirən sənədin Abdullah Əhməd Meşədani tərəfindən tərtib edildiyi məlum olub.

Bildirək ki, Abdullah Meşədani "İslam dövləti" terror təşkilatının 6 nəfərlik baş hərbi qərargahının üzvüdür. O, bu ilin mart ayında İraq təhlükəsizlik qüvvələrinin "İŞİD"ə mənsubluqda şübhəli bilinən şəxsin evində apardıqları axtarış əməliyyatları zamanı həbs edilib. Bunu Qərb təhlükəsizlik orqanları da təsdiqləyib.

Abdullah Meşədaniyə məxsus 70 maddəlik strateji siyasət planının əsasını şiələrin müsəlman dünyasında rolunun azaldılması və İranın islam dövləti kimi sarsıdılması barədə planlar təşkil edib.

Sənəddəki bəndlərdən bəziləri Rusiya vasitəsilə İrana təzyiq edilməsinə nail olunmasına həsr olunub. "İŞİD" İraqın Ənbar əyalətinin neftini Moskvaya təklif etməklə Kremlin Tehrana qarşı münasibətini kəskinləşdirməyi və İranın nüvə sənayesi barədə məxfi məlumatların "İŞİD"ə ötürülməsini təmin etməyi planlaşdırırmış.

Rusiya üçün nəzərdə tutulmuş "rüşvət"in müqabilində Moskvanı Bəşər Əsədə dəstəyi dayandırmağa və anti-İran meyilli ərəb ölkələrinə dəstək verməyə təşviq etmək planlaşdırılırmış.

Bildirək ki, sənəddə həmçinin, İranın təsirini azaltmaq üçün körfəz ölkələrinin ərazisiylə Hörmüz boğazına paralel keçid kanalının tikintisi, kürü sənayesinə sərmayə yatırmaq, regionda xalça ticarətində hegemonluğu ələ almaq, hərbi və ticari dəniz donanmasına yiyələnmək kimi nəhəng planlar qeyd olunub.
989 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber