Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2013

İranla bağlı növbəti görüş noyabrın 20-də Cenevrədə keçiriləcək

İranın nüvə problemi ilə bağlı danışıqların növbəti raundu noyabrın 20-də Cenevrədə keçiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.

“Növbəti görüş burada noyabrın 20-də keçiriləcək”, deyə o bildirib. Baş tutmuş danışıqları Eşton intensiv adlandırsa da, hələ də “müəyyən çətinliklərin” qaldığını qeyd edib.

Xatırladaq ki, noyabrın 9-da Cenevrənin “İnterkontinental” otelində “altılıq” ölkələrinin nümayəndələrinin müxtəlif formatlı görüşləri keçirilib. Görüşlərə İran XİN rəhbəri də qatılıb.
2242 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı