Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2014

Tovuz sakini Ermənistanla sərhəddə minaya düşdü

Tovuzda mal-qarasını axtaran Əsrik-Cırdaxan kənd sakini, 59 yaşlı Bayram Süleymanov minaya düşüb.

Kəpəz TV xəbər verir ki, axşam saatlarında iribuynuzlu heyvanlarının həyətə gəlmədiyini görən kənd sakini Ermənistanla sərhəd əraziyə keçib və nəticədə minalanmış ərazidə güclü partlayış baş verib.

Hadisə zamanı sağ ayağını itirən Bayram Süleymanovu hərbçilər Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırıblar.
Həkim Kəmaləddin Abbasov jurnalistlərə bildirib ki, xəstə sağ ayağın travmatik amputasiyası olunub: "Eyni zamanda bədəninin bir neçə yerindən müxtəlif ölçülü qəlpə yaraları almışdı. Xəstə ağır travmatik şoktadır. Xeyli qan itirib. Yardım göstərilib.”

Yaralı xəstəxanaya gətirilərkən böyük miqdarda qan itirdiyinə görə dərhal qanvermə aksiyası təşkil olunub. Hərbçilərin və xəstənin yaxınlarının qan verməsindən sonra Bayram Süleymanovun həyatına olan təhlükə sovuşdu. Hazırda yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur. Vəziyyəti orta ağırdır.
1038 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...