Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2014

Rusiya ABŞ-ı geridə qoydu

Rusiya nüvə döyüş başlıqlarının miqdarına görə ABŞ-ı geridə qoyub.

Bu barədə ABŞ Dövlət Departamentinin nüvə güclərinin tərkibi haqqında rəsmi məlumatında qeyd edilib.

Rusiya və ABŞ arasında imzalanan "Praqa müqaviləsi"nə əsasən iki ölkə silahlanmanın ixtisarı haqqında informasiya mübadiləsi aparmalıdır.

Dövlət Departamenti tərəfindən dərc edilən məlumatlar onu göstəririr ki, Rusiya Federasiyası və ABŞ arasında 2000-ci illərin başlanğıcından bu yana ilk dəfə olaraq nüvə silahının daşıyıcılarının sayı bərabərləşib. Hətta, Rusiyanın nüvə döyüş başlıqlarının miqdarı ABŞ-a nisbətdə 1 ədəd artıqdır: 1643 Rusiya, 1642 ABŞ.

Ekspertlərin fikrincə, bu bərabərlik ABŞ tərəfinin yeni hərbi texnikalara yönəlməsindən sonra yaranıb.

Qeyd edək ki, bu müqavilə iki ölkə arasında nüvə silahlarının sayının bərabərləşməsinə kömək edir. İki ölkə arasında nüvə razılaşması 2000-ci ilin əvvəllərinə təsadüf edir./ans/
769 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber