Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2014

Aİ İran Milli Tanker Şirkətinə qarşı sanksiyaları ləğv etdi

Avropa İttifaqının İran Milli Tanker Şirkətinə qarşı sanksiyaları ləğv olunub. Buna səbəb iş üzrə müəyyən olunmuş müddətin bitməsi və Avropa İttifaqı Şurası tərəfindən məhkəmə iddialarının olmaması göstərilir.

“Biz şadıq ki, Avropa İttifaqı Şurası məhkəmənin hökmü ilə sanksiyaları ləğv edib və bu qərarın gec qəbul olunmasından təəssüf hissi keçiririk”, deyə şirkətin hüquqşünası Rovin Şandrasekera bildirib.

Bununla belə, Aİ-dəki mənbə “Röyters”ə bildirib ki, Aİ, əvvəlki kimi, şirkətin sanksiya siyahısında qalmasına çalışır.

Qeyd edək ki, bundan əvvəl Britaniya İran Milli Tanker Şirkəti də daxil olmaqla İranın 5 şirkəti və təşkilatına, həmçinin adı açıqlanmayan bir vətəndaşına qarşı sanksiyaları ləğv edib.
1039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51