Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2014

İranda antiterror əməliyyatında 130 nəfər saxlanıldı

İranda aparılmış irimiqyaslı antiterror əməliyyatı zamanı ekstremist qruplaşmaların 130 üzvü saxlanılıb. Bunu İran parlamentində dinləmələr zamanı kəşfiyyat üzrə nazir Mahmud Əlavi deyib.

Onun sözlərinə görə, İran təhlükəsizlik qüvvələri terror təşkilatlarının üzvü olan şəxslərin müəyyənləşdirilərək saxlanılması istiqamətində ölkə ərazisində onlarla əməliyyat keçirib. Nazir qeyd edib ki, əməliyyatlar nəticəsində 2 terror aktının qarşısı alınıb. Partlayışlardan birinin müqəddəs Ramazan ayının sona çatması ilə əlaqədar ənənəvi tədbirlər zamanı, digərinin isə Qəzzaya dəstək aksiyası zamanı törədilməsi planlaşdırılıb.

“Hazırda ölkədə vəziyyət tam nəzarət altındadır”, deyə nazir qeyd edib.
1087 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP