Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2014

18 polis TOMA-nın altında qaldı

Kobaninin işğalını bəhanə edərək Türkiyənin Adıyaman şəhərində keçirilən icazəsiz etiraz aksiyasında 18 polis əməkdaşı TOMA (Toplu Müdahele Aracı – Kütləvi Müdaxilə Vasitəsi) maşınının altında qalaraq xəsarət alıb. Aksiyaçıların AKP binasını və polisi daşlaması ilə başlayan aksiya saatlarla davam edib. Müxtəlif iş yerlərinin və bankların şüşələrini sındıran aksiyaçılar şəhərin ən böyük prospektində avtomobillərin hərəkətini dayandırıblar.

Xüsusi Təyinatlıların, Çevik Polis Alayının və Jandarm dəstələrinin müdaxilə etdiyi aksiyada TOMA-nın ətrafında hərəkət edən 18 polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıblar. Həmçinin aksiyaçıların atdığı daşlar səbəbindən bir jurnalist başından, digəri ayağından yaralanıb./ans/
966 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı