Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2014

Atatürk heykəli yandırıldı

Türkiyədə Kobani işğalı bəhanə edilərək keçirilən etiraz aksiyalarında gərginlik davam edərkən etirazçılar Atatürkün heykəlini yandırıblar. Hadisə İstanbul şəhərinin Esenyurt rayonunda baş verib. Məlumata görə aksiyaçı bir qrup Esenyurt bələdiyyəsinin və Cümhuriyyət Xalq Partiyası (CHP) rayon şöbəsinin qarşısındakı Atatürkün şahə qalxmış at üzərindəki heykəlini yandırıb.

CHP İstanbul millət vəkili Oğuz Kaan Salıcı heykəlin yanmasını əks etdirən fotonu sosial şəbəkədə paylaşıb. Hadisələrin təxribat olduğunu yazan Salıcı bildirib ki, aksiyaçılar İŞİD-in oyununa gəlib. Millət vəkili həmçinin HDP-dən (Xalqın Demikreatiya Partiyası) hadisə barədə üzr və açıqlama gözlədiyini qeyd edib./ans/
865 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!