Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2014

Daşkəsən icra başçısının 8 milyonluq qoyun sürüləri var

Daşkəsən sakinləri icra başçısının rayonu yiyəsiz qoyduğunu, problemlərin isə dizə çıxdığını deyirlər

Daşkəsən sakinləri icra başçısı Əhəd Abıyevdən şikayətçi düşüblər. Sakinlər qeyd edirlər ki, rayonun mərkəzində heç bir iş görülmür.

Bundan başqa, Daşkəsənin mərkəzi zibil içində itib-batır. Qeyd edilir ki, əhali içməli su problemi yaşayır və bununla bağlı müvafiq qurumlara edilən şikayətlərə isə baxan yoxdur. Həmçinin rayonun mərkəzi yolundan başqa heç bir yolu təmir edilmir. Yayda tozun, qışda palçığın içində əziyyət çəkdiklərini bildirən daşkəsənlilər vurğulayırlar ki, onlara rəhbərlik edənlərin əksəriyyəti də qonşu rayonlardan gətirilmiş məmurlardır.

Əhəd Abıyev ayda bir dəfə rayonda olur. Qalan günləri isə Bakıda keçirir. Qeyd edək ki, bu yaxınlarda Daşkəsənin icra başçısı Bakının mərkəzindəki «Suzuki» şirkətinin motosikl satan dükanından çıxarkən görünüb. Onun oğlu üçün dəyəri 35 min manat olan «Bandit» markalı motosikl aldığı deyilir.

Daşkəsən sakinləri qeyd edirlər ki, qış gəldiyindən təbii qazın verilmədiyi rayonun və kəndlərin sakinləri odun ümidinə qalıblar. «Hazırda Daşkəsəndə bir maşın odunun qiyməti 300 manatdır. Bir maşın odun almağa gücü çatmayanlar məcbur olub ki, kub metrlə odun almalı olurlar. Bunun da qiyməti hər kub üçün 25 manatdır. Bu imkan isə hər adamda yoxdur. Amma Əhəd Abıyevin heç vecinə də deyil ki, qışda daşkəsənlilər nə edəcək».

Verilən məlumatda maraqlı bir məqama da toxunulur. Həmin məlumatda deyilir ki, Əhəd Abıyevin qoyun sürüləri var və onların qış yatağı Daşkəsəndir. «Həmin sürülərdəki heyvanların dəyəri 7-8 milyon manat hesab olunur. Başı öz sürülərini artırmağa qarışmış icra başçısı rayonun problemlərini tamamilə unudub»./jam/
989 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber