Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

“Obama mənə 5 dəfə görüş təklifi göndərdi”

Həsən Ruhani Obama ilə görüşməməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

İran prezidenti Həsən Ruhani Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə görüşməməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Obama Ruhani ilə görüşmək üçün 5 dəfə təklif göndərib. Ancaq İran prezidenti bu təkliflərin hamısını rədd edib. “Nyu-Yorka ziyarətimin əvvəlində amerikalılar, Obama ilə görüşmək üçün beş mesaj göndərdilər. Bu mesajları qəbul etmədim. Sonra qısa bir görüşmə üçün müraciət etdilər. Ancaq görüş müraciətini qəbul etmədim, görüş üçün zəmin hazır deyildi" – Ruhani belə deyib.

İran lideri həmçinin bölgədə yeni bir müharibənin qarşısını almaq üçün BMT-dəki vəzifəsini müvəffəqiyyətlə tamamladığını söyləyib.

Agentlik yazır ki, Ruhaninin Qərb ilə yaxınlaşması siyasəti İran Parlamenti tərəfindən dəstəklənib. Parlamentdəki 290 deputatdan 230-u Ruhaninin bu addımına dəstək mesajı veriblər.
1500 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59
Təbrizdə Narda