Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2014

Türkiyənin daha bir konsulluğuna hücum

Avstriyanın Vorarlberlq əyalətinin mərkəzi Breqenz şəhərində yeləşən Türkiyə Konsulluğuna silahlı hücum olub.

Təxminən 50 nəfərdən ibarət qrup konsulluğun binasına basqın edərək binanın pəncərələrini daşla qırıb.

Verilən məlumata görə, hücum edənlər İŞİD-in Kobaniyə girməsinə etirazlarını bildirib.

Avropada yaşayan kürdlər olduğu zənn edilən qrup üzvlərinin əllərində PKK bayrağı olub.

Xatırladaq ki, az öncə Fransanın Marsel şəhərində yerləşən Türkiyə Konsulluğuna da hücum olub. 4 maskalı şəxs konsulluğun inzibati binasına 5 molotov kokteyli atıb.
1201 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43