Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2014

Cəmil Həsənli xalqı mitinqə çağırdı

«Gəlin Əliyev rejiminin kameralarında əzab və işgəncələrə məruz qoyulan şərəfli vətəndaşlarımızı müdafiə edək»

Milli Şuranın sədri Cəmil Həsənli xalqa müraciət edib. O, “facebbok” səhifəsində vətəndaşları siyasi məhbusların müdafiəsilə bağlı Milli Şuranın oktyabrın 12-nə təyin olunmuş mitinqə çağırıb:

“Dəyərli dostlar! Demokratik Qüvvələrin Milli Şurası siyasi məhbusların müdafiəsi məqsədilə oktyabr ayının 12-nə saat 15-ə ”Məhsul" stadionuna mitinq təyin etmişdir. Bu aksiyanın keçirilməsi üçün Bakı şəhər icra hakimiyyətinə müraciət edilmişdir. Məqsədimiz Azərbaycan qanunlarına arxalanıb icazəli mitinq keçirməkdir. Inşaatçılar metrosunun yanındakı bu stadion Sizə yaxşı məlumdur. Ötən il bu vaxtlar sizlər orada çox möhtəşəm və əzəmətli mitinqlərin iştirakçıları oldunuz.

Niyə biz bu mitinqi keirməyə qərar verdik? Bilirsiniz ki, ölkəmizdə siyasi məhbus məsələsi kritik həddə çatmışdır. Bu gün Ilham Əliyevin diktatorluq rejimi tərəfindən repressiya edilən siyasi və vicdan məhbuslarının sayı 105 nəfəri ötmüşdür. Siyasi əqidəsinə, vətəndaş mövqeyinə, dini inanclarına görə Azərbaycanın ən ləyaqətli oğul və qızları hazırda zindanlara salınmışdır. Həbs yerlərində belə onlarla orta əsr qaydalarına uyğun rəftar edirlər. Məşhur hüquq müdafiəçisi Leyla Yunus, onun həyat yoldaşı Arif bəylə bağlı törədilən vəhşiliklər insanlıq adına ləkədir. 37-ci ildən sonra ilk dəfədir ki, ölkəmişzdə siyasi zəmində ailəvi həbslər həyata keçirilir. REAL lideri Ilqar Məmmədov, müsavat yetkilisi Tofiq Yaqublunun bir neçə gündür saxlama yeri bəlli deyil. Tanınmış hüquq maarifçisi Intiqam Əliyev vəkillərindən məhrum ediblər, Azərbaycan saatının aparıcısı Seymur Həziyə qarşı təxribatların ardı-arası kəsilmir. Qurban Məmmədov, Rəsul Cəfərov, Hilal Məmmədov, Yadigar Sadıqlı, Fərəc Kərimov, Əliabbas Rüstəmov ilə bağlı baş verənlər hər kəsi heyrətə salır. Anar Məmmədli, Pərviz Həşiml, Bəşir Süleymanlı, Murad Ədilov hansı günahın sahibidir? Rəşad, Rəşadət, Zaur, Ilkin, Üzeyir, Məmməd, Şahin, Ömər, Əbdül, Orxan, Rəşad Ramazanov kimi istedadlı gənclərin vətənə xidmət əvəzinə, həbs yerində mənasızcasına saxlanılmasının heç bir izahı yoxdur. Babək Ədaləti və Nemət Pənahlıya verilən işgəncələr insana orta despotizmini xatırladır. Möhsüm Səmədov, Tale Bağırzadə, Abgül Süleymanov kimi imanlı,əqidəli, iradəli ilahiyyətçilərin narkotika ittihamı ilə həbs edilməsi islamın adına və müqəddəs ənənələrinə bir ləkədir. Azərbayca curnalistkasının ən peşəkar nümayəndəsi kimi Rauf Mirqədirov, Əvəz Zeynallı, Sərdar Əlibəyli, Nicat Əliyev və digərəri saxta ittihamlarla həbsdə saxlanılır. 105-in üstündə olan siyasi məhbusların simvolik olaraq biz yalnız 37-nin adını çəkdik. Amma məramımız Leyla Yunus və Rəsul Cəfərov siyahısında yer alan hər kəsi müdafiə etmək, onalara öz dəstəyimizi verməkdir.

Sevgili dostlar, siyasi partiyalarda təmsil olunan fədakar insanlar, ölkəmizin vətənpərvər gəncləri, vətənimizin gələcək yönəticiləri olan tələbələrimiz, vətəndaş cəmiyyətinin təqiblərə məruz qalan təmsilçiləri, zülmə qarşı dirəniş göstərən etiqadlı vətəndaşlarımız, kamil iman sahibi olan mömin islam təssübkeşləri bu gün siyasi məhbusların, vicdan zindanilərinin sizin müdafiənizə ehtiyacı vardır. Oktyabrın 12-də saat 15-də “Məhsul” stadionuna gəlin, ölkəmizin ən ləyaqətli oğul və qızlarına öz dəstəyinizi ifadə edin. Siyasi məhbusları müdafə etmək özünü bu ölkənin vətəndaşı bilən hər kəsin vicdan borcudur. Gəlin Əliyev rejiminin kameralarında təhqir edilən, döyülən, əzab və işgəncələrə məruz qoyulan şərəfli vətəndaşlarımızı müdafiə edək, bütövlükdə ölkəmizi alçaldan repressiyalara yox deyək!/azadlıq/
801 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber