Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2014

İşğalçıların görüşünə hazırlıq gedir

Oktyabrın sonunda Parisdə Fransa prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dövlət başçıları Ilham Əliyevlə Serj Sarkisyanın növbəti görüşü gözlənilir. Bu görüş barədə razılıq avqustda Soçidə Rusiya prezidenti Putinin vasitəçiliyi ilə Əliyev və Sarkisyan görüşündən sonra əldə edilib.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri (Rusiya, ABŞ və Fransa) bu yay Qarabağda vəziyyətin kəskin pisləşməsi ilə bağlı fəallığı artırıblar.

Soçi görüşündən sonra I.Əliyev və S.Sarkisyan ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə Uelsdə görüşüblər.

Indi də Parisdə görüş olacaq. Errmənistan XIN rəhbəri Edvard Nalbandyan görüşün hazırlanması məqsədilə oktyabrın 7-də Parisə yola düşüb. Çox güman ki, Azərbaycan XIN rəhbəri də yaxın vaxtlarda gedəcək.

Diplomatik mənbələrdən məlum olub ki, Paris görüşü ərəfəsində Avropa Birliyinin Cənubi Qafqazda münaqişələr üzrə yeni xüsusi nümayəndəsi Herbert Zalber Bakıya gələcək. O, Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Həmçinin onun Ermənistana səfər edəcəyi ehtimal olunur. Müşahidəçilər Paris görüşündən dönüş gözləmirlər. Onlar belə hesab edirlər ki, Minsk Qrupu həmsədrlərinin indiki mərhələdə əsas vəzifəsi tərəfləri genişmiqyaslı müharibədən çəkindirməkdir, çünki hələlik nizamlanmanın razılaşdırılmış və real variantı yoxdur./azadlıq/
991 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı