Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2014

Ayla günəş yanaşı görünəcək

Bu gün yerin kölgəsinin düşməsi nəticəsində örtülməkdə olan ay doğmaqda olan günəşlə yanaşı görünəcək

Bu gün səmada nadir kosmik hadisələrdən biri baş verəcək. İnterAz Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün yer əhalisi qürub edən ayı doğan günəşlə paralel seyr edə biləcəklər.

Ay ekliptikası adlanan bu təbiət hadisəsi 2014-cü ildə ikinci dəfə baş vermiş olacaq. Ümumilikdə isə, 2014-2015-ci illər ərzində 4 ekliptika hadisəsini baş verəcəyi proqnozlaşdırılır.

Bir neçə saat davam edəcək proses əsasən, Qərbi Sakit okean hövzəsində, Asiyanın şərq hissəsi, Yeni Zelandiya və Avstraliya ərazisində sərbəst müşahidə ediləcək.

Bildirək ki, batan ayla doğan günəşin eyni anda görülməsi əslində mümkün hadisə deyil. Bu maraqlı mənzərənin görünməsinə şərait yaradan yer atmosferində baş verən optik proseslərdir. Atmosferdə baş verən optik dalğalanma ayla günəşin yanaşı olduğu vəziyyətin şüalarını üfüq üzərində müşahidə edilməsinə şərait yaradır.



1144 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44