Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2013

Fransızlar razılaşmanın əldə olunmasına mane olub

Fransa XİN rəhbəri “altılıq” və İran arasında razılaşmanın əldə olunmasına mane olub

İran və “altılıq” ölkələri arasında İranın nüvə proqramına dair Cenevrədə keçirilən danışıqlarda Fransa diplomatiyasının təşəbbüsü ələ almaq niyyəti danışıqlar prosesində əngəllər yaradır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, noyabrın 8-də Cenevrədə danışıqlarda iştirak edən Fransa XİN rəhbəri Loran Fabius danışıqlarda razılaşmanın əldə olunacağına əmin olmadığını bəyan edib.

O “France Inter radio”ya müsahibəsində həmçinin qeyd edib ki, Paris “uğursuz razılaşma”nı qəbul etməyəcək. “Röyters” agentliyi qeyd edir ki, bu cür çıxışlar Qərb ölkələri sıralarında fikir ayrılığının olduğuna işarə edir. Danışıqlar prosesindəki mənbənin məlumatına görə, Fransa danışıqlar prosesində ön plana keçməyə çalışır.

“Amerikalılar, Avropa Birliyi və iranlılar bir neçə aydır ki bu təklifin üzərində çalışırlar və Fabiusun danışıqların son mərhələsinə bu cür çıxış etməsi özünü göstərməkdən başqa bir şey deyil”, deyə mənbə bildirib.

Qeyd edək ki, İran XİN rəhbərinin müavini Abbas Əraqçı “Mehr” agentliyinə müsahibəsində bildirib ki, “altılıq” ölkələri mövqelərini müəyyənləşdirmək üçün aralarında daim məsləhətləşmələr aparır.
2155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43