Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2014

Yəməndə husilər yeni baş naziri qəbul etməyiblər

Yəməndə inqilabçı husilərin “Ənsarullah” hərəkatı ölkə prezidenti Abdu-Rabbih Mansur Hadi tərəfindən təyin olunan yeni baş nazir Əhməd İvəz Bin Mübarəki qəbul etməyib.

"əl-Cəzirə"-nin verdiyi xəbərə görə, husilər ölkə prezidentinin yeni hökumətlə bağlı seçiminin ABŞ-ın diktəsi ilə olduğunu bildiriblər.

“Ənsarullah”ın bəyanatında yeni baş nazirin əsl hökumət başçısı səlahiyyətlərinə malik olmadığı bildirilir.

İndi Yəmən husiləri siyasi tələblərinin həyata keçirilməyəcəyi təqdirdə, yenidən etiraz aksiyalarına başlayacaqlarını bəyan ediblər.

Bildirək ki, Yəməndə inqilabçı husilərlə hökumət arasında əldə olunmuş siyasi anlaşmaya əsasən, ölkənin bütün ictimai-siyasi qüvvələrini təmsil edən yeni hökumət təşkil edilməlidir. Şərtlər arasında nazirliklərin, vitse-prezidentlərin və prezident müşavirlərinin də yerli ictimai-siyasi qüvvələr arasında bölüşdürülməsi yer alıb./SalamNews/
1142 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51
Hələbdək