Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2014

Leyla Yunus Saxarov mükafatına 3 namizəddən biri oldu

Avropa Parlamentinin təsis etdiyi Andrey Saxarov adına “Azad düşüncə mükafatı”na 3 yekun namizəd müəyyənləşib.

“Azadlıq” radiosu xəbər verir ki, Ukraynanın “Avromaydan” hərəkatı, azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və konqolu həkim Deni Mukveq oktyabrın 7-də Brüsseldə keçirilən səsvermədə Avropa Parlamentinin bu mükafatına son namizədlər elan olunublar.

Maydan hərəkatı Ukraynada Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasına gətirib. Avromaydanı jurnalistlər Mustafa Nayem və Tatyana Çornovol, “Avroviziya” müsabiqəsinin qalibi Ruslana və fəal Yelizaveta Şepetilnikova təmsil edirlər.

Azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus hazırda həbsdədirlər, onlar dövlətə xəyanətdə ittiham olunurlar.

Həkim Deni Mukveq Konqo Demokratik Respublikasında cinsi təcavüz qurbanları üçün xəstəxana açıb.

Andrey Saxarov adına “Azad düşüncə mükafatı”nın laureatının adı oktyabrın 16-da elan olunacaq.

Mükafatın dəyəri 50 min avrodur, hər il insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilir.
947 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08