Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2014

Milli Şuranın mitinq keçirməsinə icazə verildi

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Milli Şuranın mitinq keçirməsinə icazə verilib.

Bakı Meriyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun verdiyi məlumata görə, Milli Şuranın mitinq keçirmək istəyilə bağlı müraciətinə baxılıb.

Müraciətə əsasən, şuraya oktyabrın 12-də saat 15:00-da keçmiş “Məhsul” meydanında mitinqə icazə verilib.

Qeyd edək ki, Milli Şura bəzi qeyri hökumət təşkilatlarının təmsilçilərinin həbsinə etirazla bağlı mitinq keçirəcək.
1193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)