Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2014

Qonşular arasında atışma: yaralananlar var

Bakının Xətai rayonunda qonşular arasında yaranan mübahisə qanlı sonluqla bitib.

Hadisə rayonun Nazim Şükürov küçəsində qeydə alınıb. Rayon sakini Sənan Əkbərov qonşusu Şaiq Quliyevlə 8 ay əvvəl aralarında olan mübahisəyə aydınlıq gətirmək üçün onların həyətinə gedib.

Şaiqin maşında olduğunu görən Sənan Əkbərov avtomobilə arxadan “Vinçestr” tüfəngi ilə atəş açıb. Atışma səsinə gələn Sənanın qardaşı Rauf Əkbərov, atası Şahəddin , həyat yoldaşı Təzəgül Əliyeva və Şaiqin yaxınları arasında dava olub. Əkbərovlar ailəsinin hər üç üzvünə xəsarət yetirilib.

Yaralılar yaxınları tərəfindən dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Hadisə yerinə 148-ci polis bölməsinin əməkdaşları gəliblər. Polislər maddi sübut kimi hadisə yerindən güllə gilizləri və 1 ədəd xəncər götürüb. Daha sonra şahidlərdən bir neçəsi izahatları alınması üçün polis bölməsinə aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./apa/
1121 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18
Obama