Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2013

Zəvvarlarımız Kərbəlaya yola düşdülər

Bakının mərkəzindən yüzlərlə zəvvar Kərbəlaya yola düşdü

Bütün dünyada Məhərrəm-Səfər əyyamı böyük çoşqu ilə yaşanmaqdadır. Dünyanın hər bir yerində olduğu kimi, vətənimiz Azərbaycanda da Hüseyn (ə) əzadarları Məhərrəm-Səfər əyyamını əzadarlıq məclisləri ilə yaşadır.
Eyni zamanda dünyanın müxtəlif yerlərində Kərbəlaya böyük eşqi və məhəbbəti olan zəvvarlar o Ağanın (ə) pak və mütəhhər hərəmini ziyarət etmək üçün Kərbəlaya yollanır.
Bu gün Bakıdan yüzlərlə zəvvar Kərbəlanı ziyarət etmək üçün yola düşüb. Deyerler.org müxbirinin verdiyi xəbərə görə, İnşaatçılar metrosu yaxınlığında toplaşan yüzlərlə zəvvar altı böyük avtobus ilə Kərbəl yola düşüb. Çiskinli havada Kərbala eşqi ilə alışıb-yanan həmvətənlilərimizin sevinc göz yaşları yağış sularına qarışıb. Zəvvarları yola salmaq üçün onların xeyli sayda yaxınları da gəliblər.
Kərbəla ziyarətinə yola düşməzdən öncə zəvvarlar dualar edib, Əhli-beytə (ə) salavat göndərib və mərsiyələr deyərək avtobuslara oturublar. Bizimlə söhbətində zəvvarlar daxillərində dillə izhar edə bilməyəcəyi təəsüratlar yaşadıqlarını bildiriblər. Deyerler.org
2128 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP