Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2014

İraqda yenə terror: 18 ölü, 25 yaralı

İraqın paytaxtı Bağdadda törədilən güclü partlayış nəticəsində ən az 18 nəfər ölüb, 25 nəfər yaralanıb.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, terrorçu-kamikadze paytaxtın Mədinət-əs-Sədr bölgəsində minalanmış avtomobili partladıb.

Qeyd edək ki, oktyabrın 7-də Bağdad və şəhərətrafında törədilən silsilə terror aktları nəticəsində 15 nəfər ölmüş, onlarla insan xəsarət almışdı.

Sentyabr ayında İraqda 1 100 nəfər zorakılığın qurbanı olub, 1 900 nəfər yaralanıb.
1027 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP