Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2014

Sərnişin avtobusu “KamAZ”la toqquşub: ölən və yaralananlar var

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saat 03:00 radələrində magistral yolun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində baş verib.

Bakı-Gürcüstan marşrutu üzrə işləyən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan “KamAZ”a çırpılıb. Hadisə zamanı 2 nəfər ölüb, 20 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan 7 nəfərin vəziyyəti ağırdır.

Qəza nəticəsində avtobus alışıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilas etmə dəstəsi cəlb edilib. FHN-in hadisə ilə bağlı yaydığı məlumata görə, yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb./apa/
978 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42
Su