Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2014

Dövlət qoruğunda cəsəd tapıldı

Zaqatala Dövlət Təbiət Qoruğunun qayalıq sahəsində insan cəsədi və narkotik xassəli çətənə bitkisi aşkar olunub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər nazirliyindən məlumat verilib. Cəsəd və çətənə bitkisi Zaqatala Dövlət Təbiət Qoruğunun çox mürəkkəb relyefə malik, yüksək mailliyi olan qayalıq sahəsində aşkar edilib. Müəyyən edilən 67 ədəd narkotik xassəli çətənə bitkisinin hündürlüyü 0.7-1.5 metr olub.

Bununla bağlı, dərhal Qoruq əməkdaşlarının iştirakı ilə Balakən Rayon Prokurorluğu və Polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində müayinə və tədqiqatlar aparılıb, cəsəd və çətənə bitkiləri götürülüb. Aparılan istintaq əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 4 nəfər Gərəkli kənd sakini və 2 nəfər Bakı sakini həbs edilərək istintaqa cəlb olunub, onlardan 4 ədəd ov tüfəngi götürülüb.

İlkin ehtimallara görə hadisə Qoruq ərazisində qanunsuz narkotik xassəli çətənə bitkisi əkən kənd sakini ilə onu oğurlamağa gələn şəxslər arasında baş verib.

Hazırda hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən inzibati araşdırma aparılır.
979 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07