Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2014

Türkiyə can verir - 22 ölü

Ölkənin hər yerində etirazlar, qarşıdurmalar yaşanır, hökumət bəzi bölgələrdə komendant saatı elan edib. Bununla belə, Kobani üçün baş qaldıran aksiyalar Gəzi parkı hadisələrindən daha şiddətli xarakter almağa başlayıb.

Türkiyədə vəziyyət o həddə çatıb ki, artıq proseslərin, məlumatların yayılma sürəti xaotik səciyyə almağa başlayıb. Odur ki, ən son xəbərləri izləmək imkanı belə çətinləşib. Ölkənin hər yanından hər dəqiqə bir xəbər yayılır.

AKP hökuməti, dövlət rəsmiləri, o cümlədən PKK-ya yaxın BDP rəsmiləri belə baş verənləri təxribat adlandırır. Ölkənin Sirt bölgəsində polis məntəqəsinə olan hücumda isə 1 nəfərin öldüyü xəbəri var. Mardində isə 2 nəfərin cəsədi tapılıb.

Bu arada isə PKK lideri Abdulla Öcalan qardaşı ilə görüşdə Kobanidə olanları JİTEM-in yenidən dövriyyəyə buraxılması ilə əlaqələndirib:

“Xalqımız ayıq olsun, sabah nələr olacağı bilinmir”.
798 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber