Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2014

İstanbul və Diyarbakıra ordu yeridilir

Türkiyə hökuməti İstanbul və Diyarbakır şəhərlərinə ordu yerdilməsi barədə qərar qəbul edib.

Bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən hər iki şəhərin küçələrini hərbçilər və polislər nəzarət götürüb, şəhər meydanlarına zirehli texnikalar yeridilib.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyə kütləvi qarşıdurmalar zamanı 22 nəfər öldürülüb. Ölənlərin böyük əksəriyyəti Diyarbakır şəhərindədir.
Diyarbakırda oktyabrın 7-dən başlayan aksiyalarda təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı 13, Mardin vilayətində 3, Sirt vilayətində 3, Muş, Van və Batman vilayətlərinin hər birində isə 1 nəfər ölüb.

Aksiya iştirakçıları polisə atəş açıb, onlardan biri yaralanıb. Təhlükəszilik qüvvəsinin əməkdaşlarından ikisi isə molotov kokteyli və daş atılmasından xəsarət alıb.

Ölkənin bir neçə şəhərində komendant saatı da elan edilib. Həmçinin, məktəblərdə dərslər dayandırılıb və Diyarbakıra bu gün planlaşdırılan iki təyyarə uçuşu Türk hava Yolları tərəfindən təxirə salınıb.

Qeyd edək ki, aksiya iştirakçıları Suriyanın Kobani vialyətində İŞİD-lə kürd özünümüdafiə qüvvələri arasında gedən döyüşlərə Türkiyə hökumətinin müxadilə etməməsinə etiraz edir.
1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber