Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2014

Suriyada "İslam Dövləti"nin onlarla üzvü zəhərlənərək öldürülüb

Suriyada "Azad Suriya Ordusu" (ASO) müxalifət qruplaşmasının üzvü “İslam Dövləti” (İŞİD) terror təşkilatının onlarla silahlısını Təşkilatın Dirazzur əyalətindəki qərargahında yeməyə zəhər qatmaqla öldürüb.

“əl-Ərəbiyyə”nin verdiyi xəbərə görə, bu barədə ASO məlumat verib.

Bildirilib ki, onlar İŞİD-in Dirazzurdakı “Fəth-Sahil” qərargahında işləyən aşpazlarla iş birliyi quraraq, yüzlərlə terorçunu zəhərləməyə müvəffəq olublar.

Məlumata əsasən, zəhərlənən İŞİD üzvlərinin əksəriyyəti bölgədəki "əl-Öməri" neft yatağı yaxınlığındakı xəstəxanaya yerləşdirilib.

ASO mənbələri bu əməliyyatın baş tutması üçün həftələrlə plan qurduqlarını bildiriblər. Əslində, onların məqsədi əməliyyatı Qurban bayramında həyata keçirmək olub, lakin bu, müxtəlif səbəblərdən təxirə düşüb./SalamNews/
877 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...