Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2014

Yəmənin yeni baş naziri kürsüsündən imtina edib

Yəmən prezidenti Abdu-Rabbih Mansur Hadi tərəfindən baş nazir vəzifəsinə təyin edilmiş Əhməd Əvad bin Mübarək husilərin israrı ilə hökumət başçısı kürsüsündən imtina edib.

Bu barədə "əl-Aləm" xəbər verir.

Ötən gün husilərin lideri Əbdül-Məlik Husi yeni baş nazirin ABŞ səfirliyinin müdaxiləsi və diktəsi ilə seçildiyini bildirib və bunu qeyri-məqbul hesab edib. Husi lideri sentyabrın 21-də baş verən inqilabın təkcə husilər deyil, bütün yəmənlilər üçün olduğunu söyləyib.

Bildirək ki, Yəməndə inqilabçı husilərlə hökumət arasında əldə olunmuş siyasi anlaşmaya əsasən, ölkənin bütün ictimai-siyasi qüvvələrini təmsil edən yeni hökumət təşkil edilməlidir. Şərtlər arasında nazirliklərin, vitse-prezidentlərin və prezident müşavirlərinin də yerli ictimai-siyasi qüvvələr arasında bölüşdürülməsi yer alıb./SalamNews/
1195 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP