Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2014

Payız və qış aylarının sevimli meyvəsi

Payız və qış aylarının sevimli meyvəsi olan naringi C vitamin qaynağı olmaqla yanaşı bir çox xəstəliyə şəfa verir. Mütəxəssislər naringinin immuniteti gücləndirdiyini və gündəlik qidalanma planımızda mütləq olması gərəkdiyini vurğulayıblar. Bir çox ciddi xəstəliklərə də faydası olan bu meyvənin digər faydalarını da təqdim edirik.

İltihabın qarşısını alır

Bədən sağlamlığı üçün vacib təbii vitamin tərkiblidir. Antioksidan təsiri ilə iltihabları əngəlləyir.

Kiçik kəsiklərə məlhəmdir

Yüngül qəzalar zamanı yaranan xırda kəsik yaraların tez bir zamanda sağalmasına kömək edir.

Dəmir ehtiva edir

Qidalardakı dəmiri əmərək bədənə faydalı hala gətirir.

Xolesterola qarşı qalxandır

Naringi bağırsaqda xolesterol əmilməsini məhdudlaşdıran pektin və hemi- selüloz kimi liflərdən ibrətdir. Xolesterolu nizamda saxlayar.

Yuxusuzluğa son

Axşam yeməyindən sonra yeyilən naringi sinirləri gəvşədir, rahat yatmağa kömək edir.

Xroniki xəstəliklərin qarşısını alır

Naringi ürək-damar xəstəliklərinə qarşı bədənin müqavimətini artırır. Xərçəngdən qoruyur.

Dəri problemlərini ortadan qaldırır

A vitamin qaynağı naringi sızanaq kimi dəri xəstəliklərinə faydalıdır. Yaşlanmanın əlamətlərini ortadan qaldıran bu meyvə kollagen təsiri ilə qüsursuz bir cildə sahib olmanıza kömək edir.

Saçları uzadır
Saçların uzanmasında təsirlidir, eyni zamanda saç ağarmasını da yavaşladır.
1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber