Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam aleykum. Mənim 22 yaşım var. Anamın vasitəsiylə Hepatit B xəstəliyinə tutulmuşam. Həkimlərin dediyinə görə bu xəstəlik qan və cinsi yaxınlıq vasitəsilə övlada və digərlərinə köçür. Hal hazırda tibb elmi sonradan evlənəcək bu ər-arvadın hər ikisinə 6 ay izdivacdan qabaq peyvənd vurmaqla və övlada dünyaya gəlməmişdən bir neçə gün bu peyvəndi vurmaqla övlada bu xəstəliyə keçməsi imkanını 95 faiz azalda bilməsi mümkündür. Bunları nəzərə alaraq aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm. 1. Bir-birilə həyat qurmaq istəyən hər iki gəncin sədaqətli olmasına diqqət etməklə gələcək həyat yoldaşına bu mövzunu demək lazımdırmı? 2. Belə şəxslərin izdivac etməsi və övlad dünyaya gətirməsinin iradı varmı? Zəhmət olmasa, digər müctəhidlərin də nəzərini buyurasınız. Öncədən öz minnətdarlığımı bildirirəm.
Ad: Aylin, Ölkə: Gurcustan, Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Xamenei: 1. Xəbər vermək lazım deyil, lakin tədlis və özünü sağlam kimi tanıtmaq icazəli deyil.
2. Xeyir, iradı yoxdur. Lakin yaxşı olar ki, ehtiyatla davransınlar və xəstəliyin bir-birinə, övlada və digərlərinə keçməməsi üçün qarşısı lazım olan addımları atsınlar.
Ayətullah əl-üzma Məkarim: Xəstəliyin keçməsi gümanı çox güclü olsa, xəstəliyi barədə qarşı tərəfə xəbər versin.
Ayətullah əl-üzma Vəhid: Sualın fərzində qarşı tərəfə bunu bildirməlidir.
Ayətullah əl-üzma Behcət: Əgər sağlam olması əqdin zimnində şərt olsa, yaxud əqd sağlam olmaq üzərində qurulsa, gərək xəstəliyi xəbər versinlər.
Ayətullah əl-üzma Təbrizi: Ünsiyyət vasitəsilə keçici olan bütün xəstəlikləri qarşı tərəfə demək lazımdır.
Ayətullah əl-üzma Sistani: Bu cür xəstəlikləri gizlətmək adətən, camaat arasında tədlis sayılır və əqdi fəsx etmək (pozmaq) haqqı gətirir.
Ayətullah əl-üzma Zəncani: Qarşı tərəfə bərk zərər verən xəstəlikləri elçiyə xəbər vemək şəri baxımdan lazımdır.
Ayətullah əl-üzma Safi: Əgər keçici xəstəlik olsa, bildirmək lazımdır.
1207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49