Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2014

Abgül Süleymanovun vəkili ilə görüşünə maneə yaradıldı

Abgül Süleymanovun vəkili Zaman Səmədov müvəkkili ilə görüşə bilməyib

İslamazeri.az-a açıqlama verən Zaman Səmədov bildirib ki, “Biz Hacı Abgül Süleymanovla görüşmək üçün onun saxlanıldığı 13 saylı Cəza Çəkmə Müəsisəsinin (CÇM) qarşısına getdik. Mənə dedilər ki, tədbir var, sizi Hacı Abgül Süleymanovla görüşdürə bilmərik. Mən hansı tədbirin olduğunu soruşdum, amma nə tədbir olduğu qeyri-müəyyəndir. Daxili İşlər Nazirliyinin 102 xidməti ilə və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin qaynar xətti ilə əlaqə saxladım. Onlar da məsələni aydınlaşdıra bilmədilər və mənə rəsmi açıqlama veriləcəyini dedilər. Əslində rəsmi heç bir qadağa yoxdur, sadəcə olaraq, polisin və Penitensiar xidmətin bürokratik əngəlləridir. Yəni vətəndaşlarla bir neçə saatlıq oyun oynayırlar. Çalışırlar ki, vətəndaşları başqa cür istiqamətləndirərək bir neçə saat udsunlar.”

Müxbirimizin "bu cür qadağaları bu gün keçirilməsi planlaşdırılan Hacı Mövsün Səmədovun məhkəməsi ilə əlaqələndirirsinizmi?" sualına cavab olaraq, Zaman Səmədov qeyd edib ki, “Ola bilsin ki, bununla bağlıdır. Çünki 12 saylı CÇM 13 saylı CÇM-lə yan-yana yerləşir. Hacı Mövsüm Səmədov da 12 saylı CÇM-də saxlanıldığı üçün bu gün orada məhkəməsi keçirilməli idi. Həbsxananın qarşısında çox sayda inanclı və Azərbaycan İslam Partiyasının üzvü var idi. Ola bilsin ki, bununla bağlı idi.”
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat