Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2014

Mövsüm Səmədovun saxlanıldığı həbsxana mühasirəyə alındı - Fotolar

Xəbər verdiyimiz kimi bu gün, yəni oktyabr ayının 9-u AİP lideri Mövsüm Səmədovun Qobustana köçürülməsi ilə bağı məhkəmə prosesi keçiriləcəkdi. AzadXeber.az-ın verdiyi məlumata görə, sözügedən məhkəmə prosesi hazırda öz işinə başlayıb. Bu barədə  Mövsüm Səmədova dəstək üçün 12 saylı Cəza Çəkmə Müəssisəsinin qarşısına yollanan inanclılar və ruhanilər məlumat veriblər. Hazırda həbsxanaya gedən yollara polislərdən ibarət postlar qurublar. Avtomobillə 12 saylı CÇM-nə getmək istəyən avtomobillərin hamısı yoxlanılaraq əraziyə buraxılır. Verilən məlumata görə, hazırda ruhanilərin və islamçıların avtomobilləri əraziyə buraxmırlar. 
Maide.az-ın Azərbaycan İslam Partiyası Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, bu gün AİP lideri Mövsüm Səmədovun Qobustana köçürülməsi ilə bağı məhkəmə prosesi keçiriləcək.
 
14:31
Bildirilir ki, AİP lideri Mövsüm Səmədovun heç bir səbəb göstərilmədən 11 saylı cəzaçəkmə müəssisəsindən yerini dəyişdirərək 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi, orada isə dərhal “karser”ə salınması, təyin olunan müddət bitməmiş üstünə yenə əlavə olunması, təzyiq altında saxlanması, daha sonra isə oradan da Qobustan ciddi rejimli həbsxanaya köçürülməsi bütün Azərbaycan xalqının və ölkə dindarlarının cidd narahatlığına səbəb olub. Buna etiraz edən Azərbaycan İslam Partiyasının funksionerləri və hacının tərəfdarları 12 saylı cəzaçəkmə müəssisəsin qarşısına toplanmaq barədə qərar veriblər. Lakin Buta qəsəbəsində onların qarşılarını post patrul xidməti kəsib və sənədləri yoxladıqdan sonra təkidlə geri qayıtmaqları tələb olunub.
 
 
 

1630 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı