Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

Poroşenko Lukaşenkoya Putinlə görüşmək istədiyini bildirib

Ukrayna prezidenti Pyotr Poroşenko Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı yaxın zamanda Putinlə görüşmək niyyətində olduğunu bildirib. Bu barədə Belarus liderinin mətbuat xidmətinin məlumatında bildirilir.

“Telefon danışığı zamanı Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan görüşü barədə Aleksandr Lukaşenkonu məlumatlandırıb”, deyə məlumatda bildirilir.

“Poroşenkonun məlumatına görə, görüş zamanı Ukraynanın cənub-şərqindəki silahlı qarşıdurmanın aradan qaldırılması məsələsi də daxil olmaqla, Ukrayna-Rusiya gündəliyində olan kompleks məsələlər müzakirə olunacaq”, deyə mətbuat xidməti bildirib.

Poroşenko həmçinin Lukaşenkodan Minskdə başlayan MDB sammitinin iştirakçılarına Luqansk və Donetsk vilayətlərindəki hadisələrlə bağlı Ukraynanın mövqeyini çatdırmağı xahiş edib./apa/
1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 10:29