Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

Türkiyədə iğtişaşlarda ölənlərin sayı 28-ə çatdı

Türkiyədə bir neçə gün əvvəldən başlamış iğtişaşlar davam edir.

Bu gün axşam saatlarında Qaziantepdə baş vermiş iğtişaşlarda 4 nəfər ölüb, 20-dən çox şəxs isə yaralanıb.

Polis şəhər mərkəzini barrikadalarla bağlayıb, mağaza və iş yerlərini dağıdan qruplara bir neçə dəfə xəbərdarlıq etdikdən sonra onları dağıtmaq üçün gözyaşardıcı qaz və su şirnağından istifadə edib.

Bu gün Bingöl Polis İdarəsinə də silahlı hücum olub. Hadisə nəticəsində 2 polis həlak olub, ikisi isə yaralanıb.

Hadisədən dərhal sonra Bingöl polisi araşdırmalara başlayıb. Bingölün Gənc qəsəbəsi yaxınlığında isə bir maşın polisin saxlama əmrinə tabe olmayıb. Maşından polisə atəş açılıb və iğtişaşçılarla polis arasında atışma baş verib.

Hadisə nəticəsində 3 nəfərin öldüyü, bir nəfərin isə yaralandığı bildirilir. İğtişaşçılardan ikisi isə sağ ələ keçirilib.

Polisə atəş açılan maşında olanların Bingöl Polis İdarəsinə silahlı hücum edənlərlə əlaqəsi də araşdırlır.

Mardində də iğtişaşlar zamanı ölən iki nəfərin yasından dönən bir qrup polis idarəsinə hücum edib. Hadisə nəticəsində bir nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Mersində isə baş vermiş iğtişaşlarda polisə atəş açıldı. Nəticədə 4 polis yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Rəsmi məlumatlara görə, bu günə qədər 27 şəhər mərkəzində və 68 rayonda iğtişaş baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 170 polis nəfəri yaralanıb, 217 nəfər saxlanılıb.


Qeyd edək ki, son bir neçə gündə İŞİD-in Suriyanın Kobani rayonuna hücum etməsinə Türkiyənin müdaxilə etməməməsi bəhanəsi ilə PKK terror təşkilatının tərəfdarları Türkiyənin əksər şəhərlərində iğtişaşlar törədirlər./apa/
774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat