Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2013

Azərbaycan İslam Partiyası “Vətən” blokuna qoşuldu

Keçən gün Azərbaycan İslam Partiyasının Prezident seçkilərindən sonra ilk Baş Məclisi keçirildi. Baş Məclis tam tərkibdə, yəni bütün rayon komitə sədrlərinin və partiyanın ali orqanının digər üzvlərinin iştirakı ilə işinə başladı.
Baş Məclisin gündəliyinə ölkədə ictimai-siyasi vəziyyət, 09 oktyabr 2013-cü il Prezident seçkiləri və onun nəticələri, AİP rayon təşkilatları və partiya üzvlərinin seçki prosesindəki fəaliyyətləri, qarşıda duran vəzifələr, perspektivlər barədə və cari məsələlər daxil edilmişdi.
Baş Məclisdə AİP sədr əvəzi Elçin Manafov, sədrin birinci müavini İnqilab Əhədli, sədrin siyasi məsələlər üzrə müavini Akif Heydərli geniş məzmunda çıxış etdilər, toplantıda qurumun rayon komitə sədrlərinin fikir və düşüncələri, təklifləri dinlənildi.
AİP Baş Məclisi partiyanın gələcək fəaliyyətini müəyyənləşdirən priaritet amillər diqqətə çatdırıldı.
Baş Məclisin üzvləri Azərbaycan İslam Partiyasının “Vətən” blokuna daxil olması məsələsini də geniş müzakirə etdilər. Çıxışlarda müxtəlif fikirlər səsləndirildi. AİP-in bu blok daxilində perspektivləri, Ədalət, Yaşıllar partiyaları ilə yaxından əməkdaşlığının bu qurum üçün əhəmiyyətli şərh olundu və bildirildi. Çıxış edənlər blokun formatı, gələcək inkişafı, burada təmsil olunan ayrı-ayrı partiyaların siyasi müstəqilliyinin də qorunub saxlanılması kimi prinsipial məsələlərinə diqqət yetirildi.
Baş Məclis üzvləri AİP-in “Vətən” blokuna daxil olmaq təklifini geniş müzakirədən sonra səsə qoydular. Səs çoxluğu ilə təklif qəbul edildi.


AİP Baş Məclisi toplantının sonunda bəyanat qəbul etdi.

Bəyanatda deyilir, “Azərbaycan İslam Partiyası 09 oktyabr 2013-cü il Prezident seçkilərinin total saxtakarlıqla keçdiyini, İslamçılara qarşı xüsusi qərəz göstərilməsini bəyan edir və kəskin şəkildə pisləyir. Bu seçki və onun nəticələri növbəti beş il ərzində Azərbaycan xalqını narahat edən problemlərin aradan qaldırılmasını, torpaqlarımızın erməni işğalından azad ediləcəyini şübhə altına aldı. Çünki seçkinin nəticələri Azərbaycan xalqının iradəsi ilə müəyyənləşmədi. Belə olsaydı həmişə haqqın, qanunun, sadə insanın yanında olmağa çalışan, ölkədə Konstitusiyanın və qanunlarımızın aliliyini təmin etməyi həyatının və ictimai fəaliyyətinin əsası hesab edən, bu yolda yorulmadan mübarizə aparan İlyas İsmayılovun real göstəriciləri rəsmi şəkildə etiraf olunardı.
Baş Məclis seçkidə baş verən qanunsuzluqları, İslam Partiyasının dəstəklədiyinə görə namizədə qarşı neqativ münasibəti, Vətən blokunun namizədinə qarşı haqsızlığı və əsas məsələ olan xalqımızın, dövlətimizin perspektiv inkişafının inamlı şəkildə təminatının şərtləndirən amili nəzərə alaraq seçkinin qeyri-obyektiv keçirildiyini élan edir və qəbul etmir.
AİP Baş Məclisi ölkədə qanunçuluğun təminatını, başda Hacı Mövsüm Səmədov olmaqla haqsız yerə həbs olunan inanclı insanların tezliklə azadlığa buraxılmasını tələb edir. Xalqın polis dəyənəyi ilə deyil, qanunlarla idarə edilməsinin, qanunların hakimiyyət orqanları tərəfindən icra edilməsinin vaxtı çatmışdır. Korrupsiya və rüşvətxorluq hallarının aradan qaldırılmasına ictimai nəzarətin həyata keçirilməsini təmin etmədən bu bəladan azad olmağın mümkünsüzlüyü hakimiyyət tərəfindən dərk edilməli, konkret tədbirlər həyata keçirilməlidir.
Biz toplantı iştirakçıları hazırkı iqtidarın seçkidən sonra yenə də inanclı insanlara qarşı qəddarcasına davranılmasını və bir neçə şəxsin həbsə alınmasını, istintaq altında olan islamçıların qeyri-adekvat olaraq ağır cəzalandırılmasını kəskin pisləyir, günahsız insanların lüzumsuz ittihamlarına son qoyulmasını tələb edirik.”/İslaminsesi.az/
1904 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19