Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

Şimali Koreya lideri yoxa çıxıb

Şimali Koreya lideri Kim Çen Inın bir aya yaxındır ki, ictimaiyyət arasında görünməməsi diqqət çəkib. Bəzi şaiyələrə görə, onun səhhətində ciddi problemlər olduğu və ya siyasi böhran yaşadığı deyilir.

31 yaşlı lider sülh təşəbbüsü üçün Cənubi Koreyaya səfər edən Şimali Koreya nümayəndə heyəti arasında belə olmayıb. Onun baş müşavirləri keçən şənbə günü Cənubi Koreyaya səfər edib. Ziyarət son beş ildə ən yüksək səviyyəli görüş adlandırılıb.

Artıq hamının diqqəti oktyabrın 10-da keçirilməsi nəzərdə tutulan Koreya İşçi Partiyasının təsisinin yubleyi tədbirindədir. Çünki burada liderin iştirak edib-etməyəcəyi dünyada yaranan bu fərziyələrə aydınliq gətirəcək.

Əgər Kim Çen In tədbirdə iştirak etməsə, bu, onun ciddi fiziki və siyasi problemlər yaşadığına işarə olacaq./ans/
1044 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24