Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

İŞİD azərbaycanlı terrorçular da yetişdirir

“Bəzi ekspertlərin İŞİD-in həddən artıq şişirdilməsi ilə bağlı fikirləri doğru deyil”.

Bu sözləri Şimal-Cənub Siyasi Araşdırmalar Mərkəzinin Baş direktoru Yuliya Yakuşeva deyib. O, İŞİD-in tərkibində etnik qrupların hazırlanmasının onun gələcək planlarından xəbər verdiyini bildirib:

“İŞİD Cənubi Qafqaz və Mərkəzi Asiyaya görə terrorçuların yetişdirilməsi üçün inqubator rolunu oynayır. Biz müşahidə edirik ki, İŞİD necə bölünür və tərkibində etnik qruplar hazırlanır. Məsələn, özbək radikallarına nəzər yetirək. Bu cür sxem Rusiya və Azərbaycana münasibətə də aiddir. ABŞ-a gəlincə isə burada qeyri-adi heç nə yoxdur. Müəyyən müddət ərzində Vaşinqton İŞİD-dən öz maraqları çərçivəsində istifadə etmək istədi, amma radikalları idarə etmək mümkünsüz olduğundan bu anı qaçırdı. ABŞ-ın Suriya məsələsində hesablamaları dünya ictimaiyyəti üçün baha başa gələ bilər”./axar/
1240 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber