Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

Rusiya kosmik hərbi sistem qurur

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Yaxın Şərqdə baş verən hadisələrin kimyəvi və bioloji silahlardan istifadə ilə nəticələnəcəyini açıqlayaraq, Rusiyanın buna qarşı hazırlıq tədbiri gördüyünü bildirib.

Moskvada təşkil olunan mətbuat konfransında bu barədə danışan Şoyqu terrorçuların gələcəkdə kimyəvi və bioloji silahdan istifadə edəcəyini istisna etməyib:

“Kim zəmanət verə bilər ki, Yaxın Şərqdə kimyəvi və bioloji silahlardan istifadə olunmayacaq. Bu təhlükə var və davam edir”.

Rusiyanın bu hücumlara qarşı ciddi tədbirlər gördüyünü deyən nazir ölkəsinin kosmik müdafiə sistemi quracağını açıqlayıb:

“Bu sistem Sovet dövründə hazırlanan raket hücumu ilə bağlı xəbərdarlıq sisteminin əvəzinə qurulacaq. Nəticə etibarı ilə beynəlxalq sularda və digər sınaq obyektlərində atılan müxtəlif ballistik mərmiləri təsbit edə biləcəyik. Bu sistemə yeni kosmik cihazlar və yeni texnologiya əlavə ediləcək”.
1129 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber