Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

Kobanidə İŞİD-in 25 üzvü öldürüldü - Video

Suriyanın Kobani şəhərini ələ keçirmək üçün 25 gün bundan əvvəl hücuma keçən İŞİD terror təşkilatı ilə kürdlərin Xalq Müdafiə Bölmələri (YPG) arasındakı qarşıdurmalar getdikcə güclənir.

Koalisiya güclərinin son hava zərbələri nəticəsində İŞİD-in 25 üzvü öldürülüb.

ABŞ-ın liderlik etdiyi koalisiyanın döyüş təyyarələri bu gün Kobaninin cənub və qərb hissəsində yerləşən İŞİD-in bəzi mövqelərinə zərbələr endirib. Hava hücumları ilə zərbə alan İŞİD silahlılarının Kobaninin mərkəzinə irəliləmək cəhdinin qarşısı isə YPG gücləri tərəfindən alınıb. Hələ də küçə döyüşlərinin davam etdiyi Kobanidə tez-tez partlayış səsləri eşidilir.

Kobanidə gedən son küçə döyüşləri İŞİD silahlılarının kameralarında da əksini tapıb./publika/


 

1045 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber