Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

Bakıda maskalı avtomatlılar marketi partlatdılar

Bu gecə paytaxtda inanılmaz cinayət hadisəsi baş verib

Bakıda quldurluq hadisəsi baş verib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bilgəh qəsəbəsində 3 nəfər naməlum şəxs Üzeyir Hacıbəyov küçəsindəki marketə basqın edib. Maska taxmış həmin şəxslər avtomatla marketin mühafizəçisinə zor tətbiq ediblər və onun əl-qolunu bağlayılar. Daha sonra maskalı şəxslər marketə bitişik quraşdırılmış Beynəlxalq Banka məxsus bankomata qumbara bağlayıblar və partlayıcı qurğunu işə salıblar.

Partlayışdan sonra həmin şəxslər bankomatdakı külli miqdarda pulu götürərək naməlum istiqamətdə uzaqlaşıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda faktla bağlı zəruri əməliyyat axtarış və istintaq tədbirləri həyata keçirilir. Quldurluq əməlini törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində operativ əməliyyat qrupları təşkil olunub.
1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP