Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

Ordumuzun çavuşu şəhid oldu

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, oktyabrın 9-u saat 14:35 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq Azərbaycan ordusunun mövqelərini atəşə tutublar. Hadisə nəticəsində Silahlı Qüvvələrin 1990-cı il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən həlak olub.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişmiş əsgərimizin doğmalarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!
955 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...