Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2013

Seyid Nəsrullah: "Biz Suriyaya girməsəydik..."

Livan Hizbullah təşkiatının baş katibi Seyid Həsən Nəsrullah çox diqqətçəkən bir açıqlama ilə ərəb və bəzi dünya mediasının diqqətini özünə cəlb edib

İslamazeri.az-ın Livan mediasına istinadən verdiyi xəbərə görə, Livan "Hizbullah" təşkiatının baş katibi "Aşura" mərasimlərinin təşkil edəcək komitə rəsmilərilə görüş zamanı çox maraqlı açıqlamalar edib.

Bu haqda "Əs Səfir" qəzeti yazıb.

Livan "Hizbullah" təşkiatının baş katibi Seyid Həsən Nəsrullah Suriya ilə bağlı bunları deyib: "Suriyaya qarşı planların çoxu tələ idi. Bəzi bölgə ölkələrinin danııqlara maneə törətmək istəmələrinə baxmayaraq bu istəklər təsirsiz olmuşdur. Suriya suverenliyinə yenidən qovuşacaq və siyasi həll yolu baş tutacaqdır. Hazırda Suriyada tarixi və strateji bir qələbəyə yaxın olduğumuzu deyə bilərəm".

Hizbullah lideri sözlərinin davamında Suriyaya qarşı planların səbəbinə toxunub: "Müqavimətə zərbə vurma və İranı hədəfə alma addımları işə yaramadığına görə, Suriyaya qarşı bu planları hazırladılar. Bizim nəzərimzə görə, Suriyaya qarşı planlar, heç də, "Hizbullah"a qarşı 2006 planlarından kiçik deyildir. Bu planlar Suriya hökümətini devirmək üçün hazırlanmışdı. Bunun səbəbi isə, Suriya hökümətinin Livan. İraq və Fələstin müqavimətinə dəstək verməsi idi. Onlar Suriyanı bu dəstəyə görə cəzalandırmaq istədilər."

Seyid Həsən Nəsrullah daha sonra deyib: "Məhz buna görə, biz Suriyanın yanındayıq. Əgər "Hizbullah" Suriyaya girməsəydi Livan ikinci bir İraqa çevriləcəkdi. İraqda yalnız bir ayda 300 terror aktında 900 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb. Təkfirçilərin Aşura mərasimlərilə bağlı təhdiddolu açıqlamaları bu mərasimlərə insan axınını daha da çoxladacaq. İslami Vəhdət isə daha da güclənəcək. 2006-cı ildə bütün Dünya Müqavimətə qarşı birləşdi. Bəziləri Müqavimətin məğlubiyyətini gözlədi. Bəzilərisə, bizi Quantanamo həbsxanasına aparmaq üçün gəmidə gözlədilər. Lakin. son nəticə olaraq "Hizbullah" qalib oldu və hamı "Hizbullah"ın reqional bir gücə çevrildiyini etiraf etməli oldu".
2091 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı